5 Fevral 2022 17:13
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Regional Qadin Təşəbbüsləri" İctimai Birliyi “Mühribədən əziyyət çəkmiş qadınlara sosial-psixoloji yardımların göstərilməsi” adlı layihənin icrasına başlayıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən 30 iyun 2022-ci il tarixinədək Bakı şəhərində və Bərdə rayonunda icra olunacaq. "Regional Qadin Təşəbbüsləri" İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi müharibədən əziyyət çəkən, psixoloji dəstəyə ehtiyacı olan qadınlarla danışıqlar aparıb onlarla psixoloji seanslar keçirməkdir. Layihənin icrası zamanı qadınlarla keçirilən psixoloji seanslarda bu vəziyətdən necə çıxmalarına kömək etməyi psixoloqlar öz öhdəliklərinə götürdülər. Layihədə 30 qadın və hər qadınla 3 seans keçirmək nəzərdə tutulub . 5 ayın tamamında layihə iştirakçıları ilə telefon danışıqları keçirib onların ümumi vəziyətləri ilə maraqlanmaq, seansların onlara nə kimi təsir göstərdiyi haqqında məlumatlar əldə etmək nəzərdə tutulub.

Bu müddət ərzində psixoloji mərkəzlərlə danışıqlar keçiriləcək, layihəyə müharibədən əziyyət çəkən qadınlar cəlb olunacaq onlar məlumatlandırılıb könüllü olaraq seanslara başlanılacaq. Seansları müxtəlif psixoloqlar aparacaq. Bu layihə vasitəsilə Bakı Şəhərindəki və Bərdə rayonundakı psixoloji dəstəyə ehtiyacı olan qadınların bir qismi layihədən yararlanacaq , bu layihə həmin qadınların həyatlarında bir sıra dəyişikliyə qismən də olsa kömək edəcək.

Layihənin sonunda ümumilikdə 30 qadın öz psixoloji problemlərindən az da olsa azad olacaqlar. Bu da onların gələcək həyatında, ailə ,qohum – tanış arasında komplekslərindən azad olmağa böyük dəstək olacaq.
"Regional Qadin Təşəbbüsləri" İctimai Birliyin “Mühribədən əziyyət çəkmiş qadınlara sosial-psixoloji yardımların göstərilməsi” adlı layihənin yəni psixoloji seansların həyata keçirilməsi müharibədən böyük sarsıntı keçirən qadınlara kiçik də olsa kömək olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər