Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatıb və yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır.
Bu barədə Teleqraf.com-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuatindən məlumat verirlib.
Onun sözlərinə görə, hazırda prospektin müəyyən hissələrində son xətləmə və yol nişanlarının qoyulması üzrə işlər aparılır. Bu işlər də yaxın 10-15 gün ərzində tamamlanacaq.
Qeyd edək ki, Ziya Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10-dur (5 gediş, 5 gəliş).