7 İyul 2022 11:29
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Bütün uşaqlar düzgün şəkildə qidalanmadıqda bu, onların sağlamlığına təsir edir. Yalnış qidalanma fiziki qüsurlara da gətirib çıxarır”.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdullah “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, bütün bu hallar uşaqların təhsilinə təsir göstərir: “Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 faizdən 7 faizə düşdü. Mən çox məmnunam ki, layihələrin müsbət nəticələri ortaya çıxdı".

"Onu da qeyd edim ki, təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir. Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir”, - o bildirib.


Müəllif: Teleqraf.com