8 İyul 2022 17:44
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 261 №-li Qərarına dair izahda deyilir ki, Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 20 aprel tarixli 1667 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Bundan irəli gələrək, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında “publik hüquqi şəxslər” bölməsinin yaradılaraq agentlik bu bölməyə əlavə edilib.


Müəllif: Teleqraf.com