Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənəcək.
Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın və gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 5 dərəcə şaxta təşkil edəcək.