17 Avqust 2022 11:07
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi (BNA) UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) futbol klublarının ilk oyununa bilet alan azarkeşlərə müraciət ünvanlayıb.

Teleqraf.com-a qurumdan bildirilib ki, BNA azarkeşlərə tövsiyə edir ki, stadiona gedərkən şəxsi avtomobildən istifadə etməsinlər.

Azarkeşlərin Tofiq Bəhramov adına Respublika Stadionuna ictimai nəqliyyatla daha rahat gediş-gəlişini təmin etmək üçün zəruri tədbirlər görülüb.

Oyunun keçiriləcəyi məkan istiqamətində hərəkət edən müntəzəm marşrut xətləri üzrə məlumatları təqdim edirik:

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər