"Cari ilin ilk 7 ayı ərzində təbii qaz itkiləri ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon kubmetr azalıb".
Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.
“Biz hər ayın, hər rübün sonunda SOCAR “Azəriqaz” İstehsalat Birliyinin iqtisadi göstəricilərini ictimaiyyətə təqdim edirik. Bəzən dəqiqləşdirilməmiş, qarşı tərəfin fikrini öyrənmədən yayılan şayiə tipli xəbərlərin dövriyyəyə buraxılmasına təəssüf edirik”, - deyə Ruslan Əliyev qeyd edib.