19 Avqust 2022 19:55
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Ziya Məlikov buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi paylaşım edib.

Qeyd olunub ki, bu Sumqayıt üzrə ən yaxşı nəticə hesab olunur.

“Ziya həm 10, həm də 11-ci sinifdə Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibidir. Belə olan halda Ziya imtahansız qəbul olurdu. Ziya Prezident təqaüdçüsü olmaq, hədəflədiyi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq üçün qəbul imtahanlarında iştirak edir və 677,6 bal toplayır. Hədəfinə çatmaq üçün bu bal kifayət etmirdi və Ziya 2-ci dəfə imtahana qatılır və 692,3 bal toplayır”, - paylaşımda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər