23 Avqust 2022 11:25
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəb direktorlarının əmək haqlarına əlavələrlə bağlı qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir əmək haqlarına əlavələri ardıcıllıqla qeyd edib: "500-700-dək şagirdi olan məktəblərdə 600 manat direktora, 200 manat direktor müavininə, 700-900 şagird olan məktəblərdə 750 manat direktora, 250 manat direktor müavininə, 900-1300 şagirdi olan məktəblərdə 900 manat direktora, 300 manat direktor müavininə, 1300-1700 şagird sayı olan məktəblərdə 1050 manat direktora, 350 manat direktor müavininə, 1700-2100 şagird sayı olan məktəblərdə 1200 manat direktora, 400 manat direktor müavininə, 2100-2500 şagird sayı olan məktəblərdə 1350 manat direktora, 450 maant direktor müavininə, 2500-dən yuxarı şagird sayı olan məktəblərdə 1500 manat direktora, 500 manat isə direktor müavininin əmək haqqına əlavələr ediləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər