Məqsədimiz müəllimləri yormaq və ya yükləmək deyil. Bizdə mifik bir fikir var ki, müəllimlər yüklənir. Dərs saatı 18-ə çatmalıdır ki, müəllimin yaxşı maaşı olsun. 6 və ya 12 saat çox deyil.
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, problemin həll yolu sistemli, düzgün təhsil siyasəti formalaşdırmaqdır: "Müəllimlərin 5 ildən bir 2 saatlıq sertifikasiyadan keçməsi və maaşlarına əlavə olması böyük yük və ya problem deyil".