23 Avqust 2022 22:57
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsmayıllı rayonunda SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası baş tutub.

Teleqraf.com xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən 5 fərdi, 1 kollektiv müraciət daxil olub. Aksiyaya rayondan və ətraf kəndlərdən üz tutan sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər ediblər.

Ünvanlanan müraciətlərin araşdırılaraq vətəndaşlara məlumat verilməsi üçün hər biri qeydiyyata alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər