Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, xəstəlikdən dünyasını dəyişən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 810 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 627 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 614, bu günə qədər isə ümumilikdə 7 135 151 test icra olunub.