5 Dekabr 2014 12:23
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Biznes ideyanı yarat” mövzusunda distant təlim keçirilib.

Bu barədə Teleqraf.com-a İSN-nin mətbuat xidmətindən məlumat verilib. Tədbir “Məcburi köçkünlərin əsas məskunlaşdığı regionlarda məşğulluq problemlərinin həll edilməsi və işsizliyin aradan qaldırılması məqsədi ilə müasir təlim texnologiyalarından (distant təlimlərdən) istifadə etməklə onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi (Gəncə-Qazax iqtisadi rayonu üzrə)” layihəsi çərçivəsində təşkil edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər iştirak edib.

Təlimdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.gov.az saytında yerləşdirilir. Sahibkarlar və menecerlər elanda qeyd olunan linkə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər