Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ilk dəfə olaraq Azərbaycan dilində dua oxunub.
Teleqraf.com xəbər verir ki, videonu Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksey öz Feysbuk səhifəsində paylaşıb.
Keşişin duanı oxuyarkən Azərbaycan dilinə müraciət etməsi maraqla qarşılanıb. Qeyd edək ki, kilsə 1909-cu ildə memar Verjbitskinin layihəsi əsasında məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.