18 Sentyabr 2022 17:37
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə koronavirus əleyhinə 900 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 77 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 881 406 təşkil edir.


Müəllif: Teleqraf.com