8 Dekabr 2014 09:56
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda Azərbaycan da daxil olmaqla 21 iştirakçı ölkənin eləcə də Avropa Komissiyası ÜGT-nin nümayəndə heyətləri təmsil olunub.

İclasda çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son zamanlar Azərbaycanın əldə etdiyi uğurlar, xüsusilə də gömrük sahəsində əldə edilən nailiyyətlər barəsində danışıb.

Aydın Əliyev bildirib ki, bu gün qloballaşma və regional inteqrasiya prosesləri nəticəsində ticarətin həcminin artması, gömrük işi qarşısında mühüm nəticələr qoyur: “Belə ki, bütün dünyada gömrük xidmətlərinin qarşısında yeni vəzifələr qoyur və yeni çağırışlar yaradıb. Dünyanın hər bir gömrük xidməti eyni çağırışlarla qaşılaşır. Bir tərəfdən ticarətin asanlaşdırılması, digər tərəfdən də qaçaqmaçılığın qarşısının alınması, cəmiyyətin sağlamlığının təmin edilməsi, əqli mülkiyyət hüquqlarının qorunması və bu kimi hüquq-mühafizə vəzifələrinin həyata keçirilməsidir. Xüsusi olaraq, kadrların peşəkarlığının artırılması və onların peşə biliklərinin təkmilləşdirilməsi istiqamətində aparılan işləri qeyd etmək istərdim. Son illərdə bu istiqamətdə atılmış ən mühüm addımlardan biri Dövlət Gömrük Komitəsinin akademiyasının yaradılması olub. Bununla yanaşı, Azərbaycan potensialın gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının iki regional qurumuna ev sahibliyi edir. Bunlardan biri Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzi və bu tədbirin keçirildiyi potensialın gücləndirilməsi üzrə regional ofisdir. Bu iki regional strukturlar təkcə region və beynəlxalq təşkilatlara ev sahibliyi etmir, eyni Zamanda Azərbaycan gömrüyünün müxtəlif sahələr üzrə seminar və təlimlərinin keçirilməsi üçün öz imkanlaraı ilə təmin edir.

ÜGT-nin Avropa Regionu üzrə sədr müavni Rocer Herman çıxış edərək bildirib ki, bu görüş ÜGT Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin ilk görüşüdür. O bildirib ki, bu görüşün də məqsədi üzr ölkələrin gələcək fəaliyyətlərini istiqamətlənirərək koordinasiya etməkdir.

İki gün davam edəcək iclas zamanı ÜGT strategiyası və prioritetləri, gömrük sisteminin modernləşdirilməsi üzrə milli əlaqələndirici şəxslərin rolu və vəzifələri, potensialın gücləndirilməsinə regional yanaşma və s. məsələlər müzakirə olunacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər