Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Laçın şəhəri ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, "Ay Laçın, Can Laçın. 21.09.2022" sözləri qeyd olunan paylaşımda Prezident İlham Əliyevin şəhərlə tanışlığı görüntülənib.
Xatırladaq ki, bu gün Prezident Əliyev Laşın şəhərinə səfər edib və dövlət bayrağını ucaldıb.