8 Dekabr 2014 12:17
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənaye ili” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Sənaye və tələbə” layihəsi yekunlaşıb.

Dörd mərhələdən ibarət müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə Biznes inzibatçılığı fakültəsi qalib olub. Qalib komandaya diplom və 500 AZN pul mükafatı təqdim olunub. Biznes inzibatçılığı fakültəsinin təqdim etdiyi layihə 7-ci qrant müsabiqəsi çərçivəsində Prezident yanında Gənclər Fonduna təqdim olunacaq.

Qeyd edək ki, universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihədə 12 fakültənin komandası iştirak edib. Komandalar ölkənin müxtəlif yönümlü sənaye sahələrini araşdıraraq hazırladıqları təqdimatları nümayiş etdiriblər. Sahələr üzrə mövcud problemlərin həlli ilə bağlı layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər