Azərbaycanın İrandakı səfirliyində 27 sentyabr – Anım Günü ilə bağlı sərgi açılıb.
Teleqraf.com xəbər verir ki, Anım Gününə həsr olunan “Zəfər salnaməsinin unudulmaz qəhrəmanları” adlı sərgi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.
Sərgidə diplomatlar, ictimai xadimlər iştirak edib. Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb, çıxışlar edilib.