5 Oktyabr 2022 15:51
272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Sirkində təmir işləri başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu sirkin direktor əvəzi Nahid Ağayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub: "Təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə də təmir olunub".

N.Ağayev söyləyib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.


Müəllif: Nərmin