5 Oktyabr 2022 14:00
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 oktyabr “Müəllimlər Günü” münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin şəxsi heyəti 44 günlük Vətən Müharibəsində şəhid olan Şahı Məmmədlinin atası Elman müəllimi, Allahverdi Ələkbərovun xanımı Aydan xanımı yaşadıqları evdə təbrik etmiş və gələcək işlərində uğurlar arzu etmişdirlər.

Teleqraf.com xəbər verir ki, Vətən Müharibəsində iştirak etmiş müəllimlər Fəxri Fərman və Qarabağın simvolu olan Xarı Bülbül döş nişanı ilə rəğbətləndirilmişdirlər.

Fürsətdən istifadə edən şəhid ailələri və müharibə iştirakçıları olan müəllimlər hər zaman göstərilən qayğı və diqqətə görə ölkə başçısı Müzəffər Ali Baş Komandana və ölkəmizin Birinci Vitse-Prezidentinə bir daha öz minnətdarlıqlarını bildirmişdir.


Müəllif: Teleqraf.com