9 Dekabr 2014 21:09
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portağalın antioksidant xüsusiyyətləri güman edildiyindən 10 dəfə çoxdur

Sitrus meyvələr orqanizmə faydalıdır. Portağal şirəsində külli miqdarda C və D vitaminləri var. Bundan əlavə, portağal və onun şirəsi insanın həzm sistemini fəallaşdırır, immuniteti möhkəmləndirir, hüceyrələri oksidləşmə reaksiyalarından və qocalmadan müdafiə edir.

Bununla belə, həkimlər portağal şirəsinin insana faydasını tam dəyərləndirə bilmirlər. İspaniyanın Qranada Universitetinin ekspertləri müəyyən ediblər ki, portağalın antioksidant xüsusiyyətləri güman edildiyindən 10 dəfə çoxdur.

Amma hər halda azyaşlı uşaqlara portağal və onun şirəsini vermək məsləhət deyil. Hamilə qadınlar və süd verən analar da özlərini bu potensial allergendən qorumalıdırlar.


Müəllif:

Oxşar xəbərlər