14 Oktyabr 2022 11:25
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidentinin apardığı siyasət həm dünyada, həm də regionda ölkəmizin nüfuzunu günü-gündən artırır”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, təbii ki, bu, düşmənlərimizi narahat edir:

"Həmkarım Qüdrət Həsənquliyevin toxunduğu məsələni dəstəkləyirəm. Bu gün hamımız bir olmalıyıq. Elə prezidentlər var ki, bilinmir bunlar dövlət başçısıdır, yoxsa tayfa başçısı. Bunlardan biri də Fransa Prezidenti Emmanuel Makrondur. Bu cür adamdan dünya, bəşəriyyət nə gözləməlidir? Burada ancaq maraq var. Siz həmsədr ola bilməzsiniz. Açıq aşkar tərəfsiniz. Lazım gələrsə, Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər