16 Oktyabr 2022 16:57
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 822 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, hazırda 439 aktiv xəstə var. Bu günə qədər 9 932 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 332, bu günə qədər isə ümumilikdə 7 289 143 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər