17 Oktyabr 2022 22:09
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyanın Aberdin şəhərində II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, aksiya zamanı “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Nərgiz Morrison şəhər sakinlərinə Azərbaycan həqiqətləri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları, Azərbaycan torpaqlarında yaratdığı mina problemi və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlar barədə ətraflı məlumat verib.

Qarabağ münaqişəsinin tarixini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətlərini, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtardığını və ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqaz bölgəsində üzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyini əks etdirən dikletlər sakinlərə paylanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər