18 Oktyabr 2022 16:02
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində “Mülki müdafiənin əsas prinsipləri” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Seminarada FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisinin müavini Kamil Bağırov mövzunun aktuallığından və FHN-in mülki müdafiə işinin təşkili ilə bağlı fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetində bu sahəyə xüsusi diqqət yetirilir.

Daha sonra Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid videoçarxlar nümayiş etdirilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər