Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunda da olublar.
Teleqraf.com xəbər verir ki, Ağalı kəndinin sakinləri ilə görüşən Prezidentlə xanımı yeni məktəb binasında şagirdlərlə fotolar çəkdirib, onlarla səmimi söhbət ediblər.
"Siz azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu, yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq insanı çəkir", - deyə dövlət başçısı bildirib.
"Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün də lazımdır. Çünki gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Buna görə siz gərək bilikli, savadlı olasınız", - deyə Prezident şagirdlərlə söhbətində qeyd edib.