BAXCP-nin bu gün keçirilən qurultayında partiya sədrliyinə Qüdrət Həsənquliyevin namizədliyi irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, o, səs çoxluğu ilə yenidən sədr seçilib.
Qurultayda həmçinin, qətnamə qəbul edilib.
Sənəddə Şuşa bəyannaməsinin təqdiri, qonşularla normal münasibətlərin qorunması, uşaq pullarının verilməsi, Qarabağla bağlı, hakimiyyət daxilində islahatlar və s. öz əksini tapıb.
***
13:26
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayı keçirilir.
Teleqraf.com xəbər verir ki, bunu partiyanın sədr müavini Əli Həziquliyev deyib.
O, qurultayın partiyanın mərkəzi ofisində keçirildiyini bildirib:
"Hazırda qurultay davam edir. İstənilən qurultay nümayəndəsi partiyanın sədrliyi vəzifəsinə öz namizədliyini verə bilər. BAXCP demokratik ənənələrə sadiq partiyadır. Qurultay nümayəndələri kimə səs versələr, o da sədr seçiləcək”.
Ə. Həziquliyev əlavə edib ki, bu günə kimi partiya üzvlərindən kimsə namizəd olacağı haqqında hər hansı bir açıqlama ilə çıxış etməyib.