Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 ABŞ dolları bərabərində götürüləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir.
Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülür.