26 Oktyabr 2022 17:34
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini Özbəkistan Respublikası Senatının sədri Tənzilə Narbayeva, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova MDB PA-nın Şura və plenar iclaslarına qatılacaq, tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər