Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq.
Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə olacaq:
1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti-Nizami kinomərkəzi-Neftçilər prospekti – Azadlıq meydanı;
2-ci marşrut: Şəhidlər Xiyabanı- Alov Qüllələri Kompleksi- İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli.
3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti- Şəhidlər Xiyabanı.
4-cü marşrut: Şuşa şəhərində.