Audiovizial Şura "Reklam haqqında" qanunun dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Şuranın aparat rəhbəri Fazil Novruzov Bakıda "Audivizual mühitdə reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda bildirib.
"Təkliflərdən biri reklamın müddəti ilə bağlıdır. Reklamın 1 saat ərzində 12 dəqiqədən çox olmamaqla 3 blok şəklində təqdim edilməsi təklif olunur. Həmçinin tövsiyə olunub ki, 20 dəqiqədən az olan proqramlar, uşaq və dini proqramlar reklamla kəsilməsin, rəsmi matəm günlərində reklam verilməsin. Həmçinin 1 sutka ərzində 60 dəqiqəlik və maksimum 6 blok teleticarət verilməsi təklif edilib", - deyə o, qeyd edib.