5 Noyabr 2022 11:35
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər Bayramı münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Bu, bizim minillik tariximizin ən şərəfli səhifələrindən biridir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Musa Qasımlı deyib.

Deputat əlavə edib ki, bu səhifəni yaradan, onu millətimizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında millətimizin bağrından çıxan ordumuzdur:

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu zəfəri ölkəmizin hər bölgəsində yaşayan vətəndaşlarımız bizə bəxş etdi. Bu qələbədən sonra millətimizin qarşısında yeni üfüqlər açıldı”.


Müəllif: Nemət

Oxşar xəbərlər