Vətən Müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun Cəmşid Naxçıvanski adına hərbi liseyinin kursantlarının və media nümayəndələrinin Zəfər zirvəsinə ekspedisiyası təşkil olunub.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə alpinistlər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyublar.