17 Noyabr 2022 14:44
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb.

“34 il əvvəl - 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr - Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər