13 Dekabr 2014 18:24
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda ilk olaraq 11 dekabr 2014-cü il tarixli iclasın protokolu təsdiq edilib.

Daha sonra 2014-cü il 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 77 saylı Astara seçki dairəsinin tərkibində dəyişiklik edilib.

İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.


Müəllif:

Oxşar xəbərlər