6 Dekabr 2022 11:21
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son zamanlar ölkədə bəzi dərman vasitələrinin tapılmaması xəstə və həkimlər üçün problem yaradır. Xüsusilə, bu dərmanların alternativlərinin olmaması problemin nə qədər ciddi olmasından xəbər verir".

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Rəşad Mahmudov deyib.

O əlavə edib ki, yaranan vəziyyət problemin ciddi şəkildə həllini tələb edir:

"Problemin yaranmasının iki səbəbi var. Birincisi beynəlxalq səbəbdir, digəri ölkədaxili məsələdir.

Birincisi, problem pandemiyanın dünya üçün yaratdığı sıxıntılardır. Xüsusilə, istehlak və idxal zəncirindəki qopmalardır.

İkincisi, Rusiya-Ukrayna müharibəsidir ki, həm qıtlıq yaradır, həm də qiymət artımına səbəb olur.
Dünya təcrübəsində dərmanların ölkəyə gətirilməsi ilə özəl şirkətlər məşğul olur, dövlət isə prosesə nəzarət edir və qiymətləri tənzimləyir. Qiymət tənzimlənməsini Səhiyyə Nazirliyi həyata keçirir. İndi qiymət artımı ilə birlikdə çevik reaksiya vacibdir. Dərman peraparatlarını idxal edən şirkətlər qiymətlərin bahalığı səbəbindən onu ölkəyə gətirməyə maraq göstərmirlər”.


Müəllif: Nemət

Oxşar xəbərlər