Dekabrın 2-də Prezident İlham Əliyev və Mehriban xanım Şəkiyə səfər edərək bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
Əli Məsimli əlavə edib ki, Qaraməryam-İsmayıllı yolunun açılışı Balakəndən-Şəkiyə deyil, Bakıya qədər olan bütün rayonların inkişafına xidmət edəcək:
“Görüşlərdə Prezidentin Şəki Xan Sarayının təmiri məsələsini gündəmə gətirməsini yüksək qiymətləndiririk”.
Deputat bildirib ki, bu il Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının 30 illiyi təntənəli şəkildə qeyd edilib: “Bu filialın regionun inkişafında böyük rolu olub. Mən özüm də orada mühazirələr oxuyuram. Hesab edirəm ki, Şəki filialının müstəqil universitetə çevrilməsinin zamanı çatıb. Rayon ziyalıları ilə söhbətimdən gəldiyim qənaət budur ki, Şəki filialı müstəlil universitetə çevrilsə onlarla ziyalı burada dərs deməyə və mühazirə oxumağa hazırdır”.