6 Dekabr 2022 14:46
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər cür təhdid və təhlükəyə qarşı birlikdə (Azərbaycanla - red.) mübarizə aparacağıq".

Teleqraf.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərni izləyərkən deyib.

Nazir vurğulayıb ki, bütün dünya iki ölkənin qardaşlığını 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqların azad olunması zamanı gördü".

O bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir:

"Hər cür təhdid və təhlükəyə qarşı birlikdə mübarizə aparacağıq. 20 illik əzmkarlığın, qətiyyətin nəticəsində əldə edilən zəfər sayəsində regionda uzun illərdən sonra sabitlik təmin olundu”.

Hulusi Akar qeyd edib ki, Türkiyə və Azərbaycana qarşı təxribatların haradan, kimdən gəlməsindən asılı olmayaraq, hər iki tərəfə istiqamətlənmiş kimi qəbul edilir:

“Dostumuzu birlikdə dost görür, düşmənimizi yenə birlikdə düşmən bilirik. Buna heç kimin şübhəsi olmasın".

Nazir bildirib ki, Türkiyənin daim Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın:

“Regionun artıq toqquşmalı gələcəyə yox, sabitliyə ehtiyacı var. Arzumuz Ermənistanın Türkiyə və Azərbaycanın uzatdığı barış əlini tutmasıdır”.

Akar deyib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün təmin olunması istiqamətindəki səyləri dəstəkləyir:

“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər