6 Dekabr 2022 18:14
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 307 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 77, ikinci doza vaksinlərin sayı 60 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 136-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 34 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 924 396 olub.


Müəllif: Teleqraf.com