15 Dekabr 2022 13:09
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda 150 mindən artıq pedaqoji heyətdə təmsil olunan şəxs var ki, onun da təxmini 125 mini müəllimdir. Həmin müəllimlərin də hamısını sertifikasiyadan keçirməyə texniki imkanlarımız var".

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

Nazir vurğulayıb ki, bu gün 5000-ə yaxın müəllim imtahana cəlb oluna bilirsə, bu rəqəmin 8000-9000-ə çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, elə müəllim qrupu var ki, onlar ixtisasartırmaya cəlb olunsa da, nəticəsi dəyişməyəcək: “İmtahandan keçə bilməyən 24 % müəllimin təqribən 5-10 faizi ən asan suallara yenə də cavab verə bilməyəcəklər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər