Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib. Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.