22 Dekabr 2022 19:27
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin Zəngəzurdan olan millət vəkili Məhəmmədsadıq Axundzadə (Mehmed Sadık Aran) mühacirətdə ermənilərin türklərə qarşı törətdiyi qətliamlar və sui-qəsdlər haqqında ən çox yazan şəxsiyyətlərimizdəndir. O, həm mühacirət, həm də Türkiyə mətbuatında bu məsələni mütəmadi olaraq gündəmdə saxlayıb, ermənilərin Qarabağdakı fitnələri haqqında silsilə yazılar qələmə alıb.

Onun Türkiyə arxivlərindəki bir yazısı da bu səpkidədir. Geniş raport şəklində hazırlanmış məqalədən ermənilərlə bağlı hissəni dilimizə uyğunlaşdıraraq təqdim edirik.

Məqalə II Dünya müharibəsi dövründə yazılıb.

***

Türk mübarizələrini baltalayan erməni fəsadı

“Ümumi bəşəriyyət tarixi” ermənilər haqqında belə deyir: “Erməni xalqı öldürücü bir parazit kimi olmuşdur. Öz ruhu və əxlaqı ilə böyük millətlərin vücudunda rəhnə açmağa çalışır... Mənfi bir kütlə halını almışdırlar... (Cild 2, səhifə 333, 369, Peterburq, 1904).

Ermənilər haqqında tarixin verdiyi bu acı hökmün bir həqiqət olduğunu ermənilərlə qonşu olan və uzun illərdən bəri onların xəyanətinə məruz olan biz türklər daha yaxşı bilirik. Yer üzündəki sayları 2 milyonu keçməyən ermənilər aşırı bir ehtirasla Böyük Ermənistan qurmaq xülyasını güdməkdə və bu ehtiraslarını türklərlə məskun yerlərdə həyata keçirmək sevdası ilə çırpınırlar. Bu məqsədlə Avropa və Amerikadakı xristian millətlərinin və dövlətlərinin qapılarını döyərək uzun illərdən bəri türk ulusu haqqında mənfur və hiyləgər təbliğat şəbəkələri vasitəsi ilə dünya əfkari-ümumiyyəsini zəhərləməyə çalışmışlar və bu gün dəxi bu fürsətcil millət türk xalqı əleyhindəki fitnə və fəsadlarını davam etdirməkdədir.

XX əsrin başından bəri Qafqazdakı qanlı faciələrin tarixi axtarılar və tədqiq edilərsə, bütün hadisələrdə ermənilərin hiyləgər və fəsadçı çöhrəsi meydana çıxar. 1905-ci ildəki faciə, 1917-1918-ci illərdəki Qafqazda türk xalqına verdikləri zülm, İranda Təbriz məntəqəsində (Urmiya, Xoy, Salmas, Köhnəşəhər vilayətlərində) silahsız türk kəndlərini yandırmaları və müdafiəsiz məsum türkləri qətliam etmələri, Türküstan şəhərlərindəki fitnə və fəsadları və nəhayət keçən ümumi hərb sonlarında, atəşkəs dövründə türk böyüklərinə qarşı Berlində, İstanbulda, Tiflisdə (Gürcüstanda) işlədikləri hiyləgər sui-qəsd cinayətləri bütün mədəniyyət dünyasınca məlumdur.

XIX əsrdə Qafqaza axıb gələn rus qüvvətlərinə ermənilər dəxi qılavuzluq, casusluq kimi şərəfli sayılmayacaq xidmətlər ifa etmişlərdir. 1920-ci ildə ruslar yenidən Qafqaza, Azərbaycana soxulmaq istəyincə əvvəlcə Azərbaycanda yaşayan erməni fəsadçılarını əldə edərək Qarabağ bölgəsində üsyan hərəkətləri etdirdilər və türk xalqına qarşı qətliam alçaqlığına sövq etdilər... Bu vəziyyətdən istifadə edərək Azərbaycanı Sovet orduları işğal etdikdən sonra ermənilər əvvəla Tiflisə iltica edən münəvvər azərbaycanlılara və hökumət ricalına qarşı sui-qəsdlər tərtib etdilər.

O cümlədən sabiq Azərbaycan Baş vəkili Fətəli xan Xoylunu, Azərbaycan Millət Məclisi ikinci rəisi doktor Ağaoğlu Həsən bəyi öldürdülər, ədliyyə vəkili Xasməhəmmədli Xəlil bəyi ağır surətdə yaraladılar. Sabiq Azərbaycan daxiliyyə vəkili Behbud xan Cavanşiri İstanbulda öldürdülər... Türkiyənin qara günlərində (keçən hərbin atəşkəs illərində) dəyərli türk böyüklərinə qarşı da eyni cinayətləri törətdilər. Məsələn, Berlində türk böyüklərindən mərhum Tələt paşanı, Tiflisdə qəhrəman Camal paşanı qətlə yetirdilər... Türkiyənin iztirablı və böhranlı günlərində İstanbulda yadların fəsad aləti rolunu oynadılar.

1941-ci ildə ruslar İrandakı türk məntəqələrini işğal edərkən yenə ermənilər bu faciədə könüllü olaraq baş aktörlük vəzifəsini aldılar. Təbrizdə və ətrafında minlərlə azərbaycanlı türkün rus çekistləri tərəfindən öldürülməsində şəxsən iştirak etdilər...

İndi də xəbər aldığımıza görə almanlara əsir düşən Azərbaycan türklərinə orada ermənilər əllərindən gəldiyi qədər iztirab verməklə zövq alırlar. Bu gün Almaniyada təqribən 75 minə qədər azərbaycanlı türklərdən əsir vardır. Bu əsirlərdən 500 nəfərini ermənilərin fitnə-fəsadı üzündən almanlar pulemyot atəşi ilə öldürmüşlərdir. Əsirlər qərargahında bu bədbəxt əsirlərin guya yəhudi nəslindən olduqları və buna görə də sünnət edilmiş olduqları ermənilər tərəfindən ortaya atılmış və alman zabitləri də bu yalan şayiəyə inanaraq azərbaycanlı əsirlərdən 500 nəfəri çılpaq vəziyyətdə güllələmişlərdir.

Alman siyasət və əsgəri məqamlarından təhqiqat aparmadan bu faciələrə nədən təşəbbüs etdiklərini soruşmaq istəyirik. Dünya millətlərini tanıyan almanlar əllərində əsir olan azərbaycanlıları niyə tanımaq istəməmişlərdir? Erməniləri sevindirmək üçün əsir azərbaycanlıların qurban edilmələrimi lazımdır?

Vəlhasıl, erməni fəsadı və erməni əxlaqını bütün mədəniyyət dünyası yaxşı bilir. Bu parazit millət və içindəki ünsürlərin pis əxlaqı islah edilməyəcək dərəcədə pozuq olduğunu Avropa bilginləri-alimləri və tarixçiləri də açıqca yazmaqdadırlar. Tərəfsiz dünya xristian alimlərinin bu xüsusdakı yazılarını həqiqətin bir dəlili, bəlgəsi olmaq üzərə əfkari-ümumiyyəyə ərz edirik: “Erməni xalqı öldürücü bir parazit kimi olmuşdur. Öz pozuq ruhu və əxlaqı ilə böyük millətlərin vücudunda rəhnələr açmağa çalışırlar. Mənfi bir kütlə halını almışlardır. Hiyləgər, ikiüzlü və aldadıcıdırlar. Ermənilər böyük dövlətlərin əlində bir kor alət olmuşdur. Həris dövlətlər, bilxassə Türk dövlətini yıxmaq üçün erməniləri kor bir alət kimi istifadə edirlər... (“Bəşəriyyət tarixi”, cild 2, səhifə 333 369, Peterburq, 1904).

Bu gün də erməni daşnak rəislərindən general Dro, Camalyan, Abekyan və sairləri Berlində alman himayəsini təmin etdikdən sonra orada Azərbaycan türkləri əleyhində hər cür təbliğat və nəşriyyat aparmaqdan xali qalmamaqdadırlar. Bunların fitnə və fəsadları üzündən alman qurşunu ilə 500 azərbaycanlı türk əsiri qurban getmişdir. Bu müdafiəsiz türk əsirlərinin fəci aqibəti Xatın ormanlarında öldürülən polşalı əsirlərin fəci aqibətinə bənzəyir...

Beynəlmiləl ədalət və hesab divanı qurulunca bu məzlumların qanını yerdə qoymamaq bəşəriyyətpərvər və haqşinas insanların vəzifəsidir.

Erməni fəsadçıları bilsinlər ki, bundan sonra türk millətinin haqları artıq çeynənə bilməz!


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər