23 Dekabr 2022 11:34
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın bir sıra ictimai-siyasi və media dairələrindən ölkəmizə yönəlik təxribatlara yol verilir. Biri Bakıya raket zərbələri endirməyi, biri haqq-hesab çəkməyi, o birisi hədə-qorxu gəlir. Bunlar başa düşmür ki, danışıq və ümid qapısı Türkiyə və Azərbaycandır. Bu ilin fevral ayında Azərbaycan və Rusiya Prezidentləri arasında 43 maddədən ibarət bəyannamə imzalanıb. Bunların müttəfiqliyə münasibəti belədirsə, biz onlara necə güvənək? Rus jurnalisti təəccüblənir ki, Bakı pəncərələrində Türkiyə və Pakistan bayrağı var, niyə bir dənə də olsun rus bayrağı yoxdur? Bu suala cavab hər kəsə aydındır, sualı verən rus jurnalistinə də...”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.

“Biz müttəfiqlik bəyannaməsinə xələl gətirən, açıq-aşkar terrora və kütləvi insan təlafatına yol açacaq çağırışlar edən Rusiyanın vəzifəli, ictimai və media şəxslərinə qarşı dövlət tərəfindən daha təsirli tədbirlərin görülməsini tələb edirik. İkinci vacib məsələ bir çox ölkə hələ də “Dağlıq-Qarabağ” ifadəsinə yol verir və zənnimcə bunu qəsdən edir. Hansı ölkə olmasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan və Azərbaycan adlarını təhrif edən ölkələrə nota verilməsini təklif edirəm”, - Nurullayev deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər