28 Dekabr 2022 12:39
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı yenidən vəsatət verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Qeyd edib ki, Bəxtiyar Hacıyevin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti Xətai rayon Məhkəməsinə təqdim ediliblər.

Vəsatət araşdırılması üçün hakim Sahibə Hacıyevanın icraatına verilib. Vəsasətə dekabrın 29-da baxılacaq.

Qeyd edək ki, bundan əvvəl də Bəxtiyar Hacıyevin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə Xətai rayon Məhkəməsində baxılıb və dekabrın 20-də keçirilən prosesdə vəsatət təmin olunmayıb.

Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər