28 Dekabr 2022 20:26
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, sakinlərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.

Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

F.Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər