Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
Teleqraf.com xəbər verir ki, Məhərrəm Talıbov öz istəyi ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.