16 Dekabr 2014 15:02
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na uyğun olaraq “Açıq qapı” günü keçirilib.

Tədbirdə Komitənin sədri Hicran Hüseynova bildirib ki, Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb.

Rəhbərlik etdiyi qurumun həmin prinsiplərə əməl etdiyini deyən komitə sədri bu tədbirlərin təşkilinin davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə vətəndaşları maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb.

Sonra vətəndaşların müraciətlərinə baxılıb.

Müraciətlər əsasən, sosial məsələlərlə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin fikir və təklifləri dinlənilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər