Litvanın Kaunas şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL), Litva DJ-lər Assosasiyanın təşkilatı dəstəyi ilə "DJ Contest" (DJ müsabiqəsi) adlı layihə icra olunub.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Litva DJ-lər Assosasiyasının seçimlərindən keçmiş 10 DJ öz gücünü sınayıb. Finala çıxan üç DJ müsiflər heyəti tərəfindən seçilmiş müasir Azərbaycan müsiqilərindən birinin üzərində öz performanslarını göstəriblər. Qalib olmuş Simonas Kuoqaylayla yanaşı, digər qaliblərə də qiymətli hədiyyələr və diplomlar təqdim olunub. Yeddi iştirakçı isə sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, müsiflər heyyətinin üzvləri rejissor Rüfət Həsənov, məhşur jazz ifaçısı Ülviyyə Rəhimova, Litva DJ-lər Assosasiyasının rəhbəri Raimondas Vanaqas və AYOL-un sədri Şahsuvar Hacızadə olub.
Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin, müasir müsiqisinin Litva ictimaiyyətində təbliği və Avropa mədəniyyətinə inteqrasiyasına dəstək göstərməkdir.
Layihənin rəhbəri Aqil Qasımzadə bildirib ki, gənclər arasında keçirilən müasir müsiqili müsabiqə Kaunas şəhərində böyük marağa səbəb olub, Azərbaycan mədəniyyətinin belə müsabiqələr vasitəsilə Avropaya nümunə ola biləcəyini bir daha göstərib.
AZAD