22 Dekabr 2014 12:56
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları üçün təlimlər keçiriləcək.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorundan Teleqraf.com-a bildirilib ki, təlimlərdə fotodan, müxtəlif hadisələrin idarə olunmasından tutmuş press-relizlərin yazılmasına kimi bütün məsələlərlə bağlı təhsil qurumlarında, universitetlərdə olan media əməkdaşlarının təcrübəsi təkmilləşdiriləcək.

Onun sözlərinə görə, təlimlər həm yerli, həm də beynəlxalq səviyyədə təşkil olunacaq.

Hazırda ali məktəblərin media qurumlarının rəhbərlərinin dünyanın müxtəlif ölkələrinin təlim mərkəzlərinə göndərilməsi ilə bağlı müzakirələr aparılır.

Onu da qeyd edək ki, gələn ilin əvvəllərində nazirliyin veb-saytı yeni dizaynda istifadəçilərin ixtiyarına veriləcək. Hazırda bu istiqamətdə iş gedir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər